bp ilə əməkdaşlığın inkişafı müzakirə olunub
İqtisadiyyat naziri Mikayıl Cabbarovun bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşündə ölkəmizin təşəbbüskarı olduğu beynəlxalq əhəmiyyətli enerji layihələri, “yaşıl” enerji ilə əlaqədar görülən işlər və yeni əməkdaşlıq perspektivləri müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı Enerji Həftəsində iştirak etmək üçün ölkəmizdə səfərdə olan bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.
Görüşdə iqtisadiyyat naziri bp ilə səmərəli əməkdaşlığın önəmini vurğulayıb. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşan beynəlxalq əhəmiyyətli enerji layihələri və “yaşıl” enerji növlərinə keçidlə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib, əməkdaşlığın inkişaf etdirilməsi imkanları qeyd olunub.
bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel təmsil etdiyi şirkətin dünya və regiondakı biznes proseslərində iştirakı, həmçinin, Azərbaycanla tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə danışıb.
Tərəflər ölkəmizin təşəbbüskarı olduğu mühüm enerji layihələri, bərpaolunan enerji potensialı, bu sahədə görülən işlər və yeni əməkdaşlıq perspektivərini müzakirə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
6 d. əvvəl
Ötən il dövlət büdcəsində 2,8 milyard manat vəsait istifadə olunmayıb
- 13 d. əvvəl
-
16 d. əvvəl
Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib
-
19 d. əvvəl
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
-
20 d. əvvəl
Ötən il Şuşa, Xankəndi və Laçında kanat yolu üçün xərclənən vəsait məlum olub
- 24 d. əvvəl
- 30 d. əvvəl
- 34 d. əvvəl
-
43 d. əvvəl
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarəti vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
Ən çox oxunanlar
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı
Azərbaycanda ilin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq
Bu il Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramı qəbul olunacaq - 2027-2030-cu illəri əhatə edəcək




























