Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi təyin edilib
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi təyin edilib.
Məlumata görə, T. Tağıyev Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb. Bundan əlavə, Dövlət İqtisad Universitetinin biznesin idarəolunması proqramı üzrə MBA, həmçinin, ABŞ-ın Corcia Dövlət Universitetində dövlət idarəçiliyi üzrə magistr təhsili alıb.
2001-ci ildə əmək fəaliyyətinə başlayıb, müxtəlif özəl və dövlət qurumlarında çalışıb, o cümlədən Avropa Məhkəməsinə Müraciətetmə Mərkəzində və İqtisadi İnkişaf Nazirliyində işləyib. 2008-ci ildən İslam İnkişaf Bankı (İİB) Qrupunun Azərbaycandakı təmsilçisi vəzifəsini yerinə yetirib, 2021-ci ildən isə Azərbaycan, Albaniya və Orta Asiya ölkələrini İİB-in Direktorlar Şurasında icraçı direktor qismində təmsil edir. 2020-2021-ci illər ərzində Dünya İqtisadi Forumunun Rəqəmsal Ticarət Platforması çərçivəsində mübadilə proqramının iştirakçısı olub.
2021-2023-cü illərdə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru vəzifəsində çalışıb.

Hazırda 4SİM-in icraçı direktoru vəzifəsi Mərkəzin icraçı direktorunun müavini Fariz Cəfərova həvalə olunub.
F. Cəfərov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət idarəçiliyi üzrə bakalavr, Madrid və Milan politexnik universitetlərində dövlət xidmətlərində süni intellektin tətbiqi üzrə ikili magistr, “London Webster Graduate School” məktəbində biznesin idarə edilməsi, Dyuk Universitetinin Fuqua Biznes məktəbinin adaptiv strateji idarəetmə və Corc Vaşinqton Universitetinin layihələrin idarə edilməsi üzrə magistr təhsili alıb.
2019-2022-ci illərdə Fariz Cəfərov Azərbaycan Hökumətini Avropa Şurasının Süni İntellekt Komitəsində təmsil edib.
F. Cəfərov dövlət sektorunda bir sıra istiqamətlər, xüsusilə dövlət xidmətlərinin rəqəmsallaşdırılması, kənd təsərrüfatı, turizm, tikinti və sosial xidmətlər üzrə on ildən artıq təcrübəyə malikdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Mərkəzi Bank və bir sıra özəl və dövlət qurumlarında rəhbər vəzifələrdə fəaliyyət göstərib. Son 5 ildə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru vəzifəsində çalışıb, ölkə üzrə 50-dən çox strateji əhəmiyyətli rəqəmsal layihəyə, o cümlədən ASAN Viza, ASAN Bridge, ASAN Ödəniş, “e-satınalma”, Elektron Hökumət və “MyGov” portalları, eləcə də digər layihələrə rəhbərlik edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
5 d. əvvəl
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
- 17 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Subasma nəticəsində 18 135 AZN zərərə uğramış mənzilin xərci qarşılanıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
3 saat əvvəl
Neft Trampın İrana təhdidlərini artırmasından sonra yenidən bahalaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Bakıda 2-ci “Popeyes” restoranı açılır
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb
Rəsmi məzənnələr açıqlandı
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Ən çox oxunanlar
“Qaradağ Tikinti Materialları”na yeni investorların cəlb edilməsi, fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur
15 tələbə Azercell-dən təqaüd qazandı
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR



















