Anderrayteri “Unicapital” olan VMF MMC istiqrazlarının hərracı keçiriləcəkdir

(®) 16 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankında "VMF" MMC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə hər 3 aydan bir təşkil edən, 1 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının emissiya prospekti qeydiyyata alınmışdır.
VMF istiqrazlarının yerləşdirilməsi “Unicapital İnvestisiya Şirkəti” ASC-nin anderraytinq dəstəyi ilə Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə (nominal qiymətlə) həyata keçiriləcəkdir.
Xatırladaq ki, Azərbaycada keyfiyyətli saat mədəniyyətinin banisi hesab edilən, 2018-ci ildən öz saat markasını bazara çıxaran VMF MMC, 1997-ci ildə Vahid Mustafayev tərəfindən yaradılmışdır.
Məşhur İsveçrə, Yaponiya brendlərinin ölkəmizdəki rəsmi distributoru olan şirkət, dünya markalarının saatlarını qlobal bazarla eyni anda öz alıcılarına təqdim etməsi ilə seçilir.
Bildiyiniz kimi, qiymətli kağızların anderraytinqi, investisiya və törəmə maliyyə alətləri üzrə çoxşaxəli xidmət göstərən “Unicapital İ.Ş.”, emitentlərə göstərdiyi təqdirəlayiq dəstəyi və qiymətli kağızlar bazarına verdiyi töhfələrlə daima diqqət mərkəzində olmuşdur.
“Unicapital İ.Ş.” ASC korporativ müştərilərinin bizneslərini genişləndirərək əlavə kapital cəlb etmələri, eyni zamanda mövcud səhm və istiqrazlarını birjaya yerləşdirə bilmələri üçün etibarlı və asan anderraytinq xidməti təklif edir.
Bu gün müştəri sayı 600 000-i ötmüş, nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsus olan “Unicapital İnvestisiya Şirkəti” ASC, 2007-ci ildən fond bazarının peşəkar iştirakçısı, BFB-nin ilk və ən uzunmüddətli üzvüdür.
Məlumat üçün qeyd edək ki, hərracın baş tutacağı tarix yerləşdirmədən ən az 2 iş günü öncə Bakı Fond Birjasının rəsmi internet saytı vasitəsilə ictimaiyyətə açıqlanacaqdır.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər buraxılışın anderrayteri olan “Unicapital İnvestisiya Şirkəti” ASC-ə və ya BFB-a üzv olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər.
Ətraflı məlumat əldə etmək üçün 117(5) nömrəsi ilə əlaqə saxlaya və ya unicapital.az saytından qeydiyyatdan keçə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
- 27 d. əvvəl
-
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 11 saat əvvəl
-
13 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
Ən çox oxunanlar

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
