Torpaq sahələrinin kənarına mühafizə məqsədilə qanunsuz olaraq kanal və xəndək qazılır
Dövlət Xidməti: Bəzi vətəndaşlar torpaq qanunvericiliyin tələblərini pozmaqla pay torpaq sahələrinin kənarına mühafizə məqsədilə kanal və xəndək qazırlar. Bu isə, kənd təsərrüfatı təyinatlı torpaqların münbit qatının korlanmasına səbəb olur.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti torpaqların təyinatı üzrə istifadəsi və onların mühafizəsi ilə bağlı monitorinqlərini davam etdirir.
Xİdmətin yayadığı məlumatda bildirilir ki, keçirilən monitorinqlər zamanı torpaq qanunvericiliyinin tələblərinin pozulması hallarına rast gəlinir. Bunlardan biri də pay torpaq sahələrinin kənarına mühafizə məqsədilə kanal və xəndəklərin qazılmasıdır. Bu isə, torpaqların münbit qatının korlanmasına, məhsuldarlığın azalmasına, torpaq qanunvericiliyinin pozulmasına səbəb olur. Belə hallara daha çox Oğuz, Masallı, Kürdəmir və Şəki rayonlarının ərazisində rast gəlinir.
İnzibati Xətalar Məcəlləsinin 244-cü maddəsinin 2-ci bəndinə əsasən, torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə fiziki şəxslər 600 manatdan 1000 manatadək, vəzifəli şəxslər 2000 manatdan 3000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.
Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü bəndinə əsasən, kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur, eləcə də bu Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















