“Dəstəklə və Yenilə: Rəqəmsal dövrün çağırışları və imkanları ətrafında müzakirə”
Azercell ADA Universiteti Fondu (Azərbaycan) və ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində “İdeya İnkubasiyası Proqramı”na start verdi!(®) “Azercell Telekom” MMC-nin ADA Universiteti Fondu (Azərbaycan) və ADA Universitetilə əməkdaşlığı çərçivəsində “İdeya İnkubasiyası Proqramı” başlayıb. Layihə innovativ həllərin yaradılması sahəsində Azərbaycan Respublikasında İKT və innovasiyalar ekosisteminin təkmilləşdirilməsi, onun davamlılığına və rəqabət qabiliyyətinə töhfə vermək məqsədi daşıyır. Layihə eyni zamanda bu sahədə yeni kadrların yetişdirilməsinə, tələbələri innovativ texnoloji həllər yaratmağa, startap və sahibkarlığa həvəsləndirməyə yönəlib.
Proqramın “Dəstəklə və Yenilə: Rəqəmsal dövrün çağırışları və imkanları ətrafında müzakirə” adı altında keçirilən açılış mərasimində Azercell və ADA Universitetinin məsul şəxsləri iştirak edib, öz fikirlərini bölüşüb. Azercell-in Məhsul İdarəetmə şöbəsinin rəhbəri Nərgiz Tağızadə “Biznesin diversifikasiyalaşdırılması strategiyası: Azercell-in yeni Fintech biznes istiqaməti”, Rəqəmsal Həllər və Partnyorluq şöbəsinin rəhbəri Svetlana Ağalarova “Gənclik seqmenti üçün texnologiya tətbiqi əsaslı həllər”, Dataların Modelləşdirilməsi şöbəsinin rəhbəri Zaur Hüseynov “Data Science sahəsinin Telekom sektorunda rolu və təsiri” mövzuları üzrə auditoriya qarşısında təqdimatla çıxış ediblər.
“İdeya İnkubasiyası Proqramı” seminarlar, mentorluq sessiyaları və iştirakçılara sahibkar kimi uğur qazanmağa kömək edən geniş şəbəkə imkanları təklif edir. Bu layihə gənclərə ideyalarını real məhsullara, hətta müəssisələrə çevirməyə dəstək olacaq. İnnovativ ideyalarını növbəti səviyyəyə qaldırmağa hazır olan ADA universitetinin tələbələri öz həlləri üzərində peşəkar mentorlarla çalışacaq. Proqramın sonunda qalib komandalara pul mükafatı təqdim olunacaq, onlar, həmçinin, Azercell şirkətində təcrübə proqramı keçmək şansı qazanacaqlar.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















