"Heç bir biznes subyektinin fəaliyyəti qadağan edilə bilməz, turizm sənayesində belə yanaşma yoxdur"
Heç bir biznes subyektinin fəaliyyəti qadağan edilə bilməz, turizm sənayesində belə bir yanaşma yoxdur.
Bunu Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov deyib. O bildirib ki, biznesə daxil olmaq azaddır və VÖEN qeydiyyatına duraraq turizm sahəsinə daxil olmaq mümkündür:
"Turizm sahəsinə daxil olduqdan sonra müəyyən qaydalar var ki, onlara əməl etmək lazımdır. Qaydalara əməl edilməməsi isə qanunvericiliyə əsasən müəyyən cərimələrlə sanksiyalaşdırılır. Turizm bələdçilərinə münasibətdə hansısa məhdudiyyət nəzərdə tutulmayıb. Yanaşma bundan ibarətdir ki, turizm bələdçilərini turizm reyestrindən qeydiyyatdan keçmək üçün təşviq etmək lazımdır. Bu baxımdan turizm reyestrindən qeydiyyatdan keçən, eyni zamanda bələdçilik sertifikatına malik olan turizm bələdçilərinin ölkəboyu muzeylərə, qalareyalara girişinin pulsuz olması təşviqi yanaşma kimi götürülüb. Təşviqimiz ondan ibarətdir ki, sənayedə olan bütün turizm bələdçiləri mərhələli şəkildə sertifikatlaşdırmaya getsinlər".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















