SOCAR istiqrazları üzrə növbəti faiz ödənişini həyata keçirib
Azərbaycanın qiymətli kağızlar bazarında ən çox tələbat göstərilən qiymətli kağız olan SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişi həyata keçirilib.
“SOCAR Capital” şirkətindən "Marja"ya daxil olmuş məlumata görə, iyulun 17-də SOCAR İstiqrazlarının sahiblərinin bank hesablarına hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait köçürülüb.
İyulun 17-də bu vəsaitlər istiqraz sahiblərinin hesablarına köçürüləcək və onlar bu pulları istədikləri kimi istifadə edə bilərlər.
Xatırladaq ki, bu, SOCAR İstiqrazları üzrə artıq üçüncü faiz ödənişidir. Əvvəlki faiz ödənişləri 17 yanvar və 17 aprel tarixlərində baş tutub. İyulun 17-də həyata keçirilən faiz ödənişini də nəzərə aldıqda, SOCAR İstiqrazları öz sahiblərinə indiyədək 3,75 milyon dollar gəlir gətirib.
SOCAR-ın İqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, SOCAR İstiqrazları üzrə faiz ödənişlərinin qrafikə uyğun olaraq həyata keçirilməsi şirkətin sabit maliyyə vəziyyətinin və öhdəliklərinə intizamlı şəkildə əməl olunmasının göstəricisidir:
"Bir qədər əvvəl açıqlanan 2016-cı ilin maliyyə nəticələri SOCAR-ın maliyyə durumunun kifayət qədər sabit və etibarlı olduğunu bir daha göstərdi. Digər fəaliyyətləri ilə yanaşı, kapital bazarlarının da aktiv iştirakçısına çevrilmiş SOCAR, istiqrazlara yatırım edən investorların etimadını doğrultmağa böyük önəm verir. Faiz ödənişləri 11 iyul tarixində artıq Milli Depozit Mərkəzinin hesabına göndərilmişdi ki, investorlarımız heç bir problemlə üzləşməsinlər və vaxtlı-vaxtında vəsaitlərini götürə bilsinlər".
HƏM HƏYATINIZI SIĞORTALAYIR, HƏM DƏ PUL QAZANIRSINIZ!
Vitse-prezidentin sözlərinə görə, SOCAR İstiqrazları üzrə əməliyyatların şəffaflığı və rahatlığı, eləcə də, faiz ödənişlərinin qrafikə uyğun aparılması nəticəsində əhali və hüquqi şəxslər tərəfindən istiqrazlara böyük maraq formalaşıb:
"Bu sadalanan xüsusiyyətlər, eləcə də, yüksək gəlirliliyi və likvidliyi sayəsində SOCAR İstiqrazları hazırda ölkəmizdə ən əlverişli və sərfəli investisiya alətinə çevrilib. İstiqrazların buraxılmasında əsas məqsədlərdən biri ölkə vətəndaşlarının istifadəsiz saxladıqları pulların iqtisadiyyata cəlb edilməsi olsa da, hazırda hüquqi şəxslər də SOCAR İstiqrazlarına investisiya edərək, onun üstünlüklərindən faydalanırlar".
Hazırda SOCAR İstiqrazları ölkənin qiymətli kağızlar bazarında ən çox alınıb-satılan maliyyə alətidir. Qiyməli kağızlar bazarında SOCAR İstiqrazlarına güclü tələbat müşahidə olunur. Təkrar bazarda dövriyyəyə buraxıldığı vaxtdan indiyədək istiqrazlar üzrə əməliyyatlarının həcmi 90 milyon dolları keçib. Təkcə 2017-ci ilin 6 ayı ərzində ümumi məbləği 52 milyon dollara yaxın olan 51 620 ədəd istiqraz alınıb-satılıb. Bu dövrdə Bakı Fond Birjasında bütün istiqrazlar üzrə təkrar bazar əməliyyatlarının 82%-i SOCAR istiqrazlarının payına düşüb. SOCAR İstiqrazlarına fiziki şəxslərlə yanaşı, hüquqi şəxslər tərəfindən də böyük maraq müşahidə olunur.
SOCAR-ın qiymətli kağızlarla əməliyatlar üzrə baş məsləhətçisi Ali Ağaoğlu bildirib ki, istiqrazlara olan yüksək tələbat SOCAR-ın qiymətli kağızlarla bağlı gələcək planlarında da nəzərə alınacaq:
"SOCAR İstiqrazları Azərbaycan maliyyə bazarlarının inkişafı üçün çox uğurlu bir təcrübə oldu. Bu təcrübə sayəsində bazarın bütün tərəfləri arasında əlaqələrin genişlənərək qüvvətlənməsi ilə yanaşı, infrastrukturun müntəzəm çalışması baxımından da mühüm nailiyyətlər əldə edildi. Qazanılan bu təcrübələr həm SOCAR-ın növbəti yeni emissiyaları, həm də digər qurumların da bu bazara daxil ola bilmələri üçün münasib şəraitin formalaşdırılması baxımından əhəmiyyətlidir. Eyni zamanda, bu addım ölkə üçün də mühüm əhəmiyyət kəsb edir".
OFİS LƏVAZİMATLARININ ƏN UCUZ SATILDIĞI MAĞAZALAR
Təkrar bazarda SOCAR İstiqrazlarını Azərbaycan vətəndaşları və şirkətləri ilə yanaşı, xarici fiziki və hüquqi şəxslər də ala bilərlər. Ötən müddət ərzində qiymətli kağızlara xarici investorlar tərəfindən də böyük maraq müşahidə olunub. Hazırda SOCAR İstiqrazı almış xarici investorlar arasında Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər ölkələrin vətəndaşları var.
SOCAR İstiqrazlarının əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1000 (min) dollardan aşağı düşmür və onları dərhal nağd pula çevirmək mümkündür.
Xatırladaq ki, SOCAR İstiqrazları 2016-cı ilin sentyabrında 100 milyon dollar həcmdə 5 illik müddətə buraxılıb. Yalnız yerli fiziki və hüquqi şəxslərin iştirak etdiyi ilkin abunə yazılışı zamanı istiqrazlara 203 milyon dollarlıq, yəni iki dəfədən artıq tələb gəlib. Oktyabrın 17-dən etibarən SOCAR İstiqrazlarının təkrar bazar dövriyyəsi başlayıb.
Nominal qiyməti 1000 (min) dollar olan istiqrazların illik gəlirliliyi 5% və ya ildə 50 dollardır. İstiqrazlar üzrə faiz ödənişləri hər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir. İlk faizlər 17 yanvar, 17 aprel və 17 iyul tarixlərində ödənilib.
2017-ci il ərzində SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişi 17 oktyabr tarixində baş tutacaq.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
1 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
2 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
























