ABB-nin dəstəyi ilə "Global HR SUMMIT 2023" keçirildi
(®) Bakıda insan resurslarının idarə edilməsi üzrə beynəlxalq tədbir – "Global HR SUMMIT 2023" keçirilib.
Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirə ABB də tərəfdaşlıq dəstəyi verib. Sammitə 50 ölkədən 700-dən çox iştirakçı – o cümlədən HR sahəsində tanınmış liderlər, şirkət rəhbərləri, sahibkarlar, hökumət təmsilçiləri və yuxarı səviyyəli peşəkarlar qatılıb.
"Global HR SUMMIT 2023" tədbirində insan resurslarının idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə diqqət yönəlib. Bu sahədə innovasiyaların və yüksək texnologiyaların yayılması məsələləri müzakirə olunub. Peşəkar mütəxəssislər arasında təcrübə mübadiləsi aparılıb. Sammitdə şirkətlərin mükafatlandırılması mərasimi də olub. ABB-yə “Ən yaxşı daxili kommunikasiya strategiyası” nominasiyası üzrə mükafat təqdim edilib.
Sammit BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərindən olan “Layiqli Əmək və İqtisadi İnkişaf” (Decent Work & Economic Growth) devizi ilə keçirilib. Ölkəmizdə maliyyə sektorunun ən yaxşı işəgötürəni olmağı qarşısına hədəf qoymuş ABB-nin tədbirə tərəfdaşlıq dəstəyi də dayanıqlı inkişaf məqsədlərinə töhfədir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib






.jpg)
.jpg)





.jpg)





