Xalq Bank 2023-ün ilk rübünün yekunlarını açıqladı
2023-cü ilin 1-ci rübünün yekunlarına əsasən, 31 Mart 2023-cü il tarixində ASC “Xalq” Bankının aktivləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 13,1% artaraq 2 milyard 700 milyon 680 min manat, kredit portfelinin həcmi 25,9% artaraq 1 milyard 811 milyon 300 min manat təşkil edib.
Marja xəbər verir ki, bu, Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, Xalq Bankın banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərinin həcmi 1 milyard 901.5 milyon manata çatıb ki, bu da 2022-ci ilin 1-ci rüb göstəricisi ilə müqayisədə 21,4% çoxdur.
2023-cü ilin ilk rübünün sonuna Bankın xalis mənfəəti 11.2 milyon manat təşkil edib, bu da ötən ilin müvafiq dövrünün sonuna olan göstəricidən 59,8% daha çoxdur.
Hesabat dövrünə Bankın cəmi kapitalı 479,4 milyon manat olub.
"Beləliklə, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlamışdır",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)






.jpg)










