Ziraat Bank Azərbaycan “Yaşıl Gələcək” layihəsi çərçivəsində müştərilərinin adına ağac əkdi
(®) Fəaliyyətində daim sosial yönümlü layihələrə xüsusi önəm verən Ziraat Bank Azərbaycan, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Yaşıl Gələcək” adlı genişmiqyaslı ağacəkmə layihəsinə qoşularaq müştərilərinin adına ağac əkib. Layihə çərçivəsində Bank tərəfindən Xocasən qəsəbəsində baharın gəlişi münasibətilə müştərilərinin adına 1000-ə yaxın zeytun ağacı əkilib və suvarma sistemi quraşdırılıb.
Qeyd edək ki, müştərilərin adına qəsəbədə ağacların əkilməsini Ziraat Bank Azərbaycanın əməkdaşları övladları ilə birlikdə həyata keçirib və bank tərəfindən mart ayında həyata keçirilən “Novruz” layihəsinin sonuncu mərhələsi olaraq gerçəkləşdirilib. Layihə çərçivəsində Bank əməkdaşları və övladlarına nazirlik tərəfindən ağacların əkilməsinə dair xüsusi təlim də keçirilib. Ziraat Bank Azərbaycan uşaqların layihədə iştirakına xüsusi önəm verib. Belə ki, bank tərəfindən qeyd edilən məlumata əsasən uşaqların bu kimi sosial layihələrdə aktiv iştirak etmələrinin və ölkəmizdə sağlam ekoloji mühitin yaradılmasına töhfə vermələrinin təbliğatının vacibliyi vurğulanıb.
Bank öz fəaliyyətində daima təbiətsevər addımları ilə diqqət mərkəzində olub. Bu yaxınlarda təqdim etdiyi Yaşıl Avto Kredit məhsulu ilə də təbiətə və ətraf mühitə xüsusi diqqət ayırdığını bir daha vurğulayıb. Belə ki, Bank Elektrik və Hibrid mühərrikli avtomobillərə əlçatanlığın artırılması məqsədi ilə kreditləşdirilmə şərtlərini asanlaşdırıb.
Həmçinin Ziraat Bank Azərbaycan bu yaxınlarda Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ABA, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında 13 mart 2023-cü il tarixində imzalanmış “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində Müşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə kampaniyasında da iştirak etmişdi.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
13 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























