Azərbaycanın internetin sürətinə görə dünyada neçənci yerdə olduğu müəyyən edilib
Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə dünyada 118-ci yerdədir. 140 ölkədən yalnız 22-sindən öndəyik.Bu ilin mart ayında Azərbaycan mobil internetin sürətinə görə 140 ölkə arasında 39,46 MB/S sürətlə 54-cü yerdə qərarlaşıb.
Bu barədə “Speedtest Global Index”ə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan bu ilin fevral ayına nisbətən 3 pillə irəliləyib.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ, 178,25 MB/S), sonuncu - 137-ci yeri isə Kuba (3,44 MB/S) tutub.
Ötən ay Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə isə dünyada 118-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 1 pillə geriləməkdir. Martda ölkədə sabit genişzolaqlı internetin median sürəti 27,84 MB/S olub.
Sabit genişzolaqlı internetin sürəti ilə bağlı araşdırma 180 ölkədə aparılıb. Birinci yeri Sinqapur (235,4 MB/S), sonuncu yeri isə Kuba (1,84 MB/S) tutub.
Bundan başqa, martda Bakı şəhəri mobil internetin sürətinə görə 1 pillə irəliləyərək 41,71 MB/S sürətlə 174 şəhər arasında 73-cü yerə sahiblik edib. Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 30,36 MB/S sürətlə 137-ci pillədə qərarlaşıb ki, bu da 2 pillə geriləməkdir.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 223,87 MB/S sürətlə Qətərin Ər-Rəyyan şəhəri, sonuncu yeri isə 3,03 MB/S sürətlə Kubanın paytaxtı Havana şəhəri tutub.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 194 şəhər rəqabət aparıb. Siyahıya Çinin paytaxtı Pekin 264,92 MB/S sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,51 MB/S sürətlə sonuncu olub.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
19 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























