Coca-Cola “Nargis” Fondu ilə Ramazan xeyriyyə aksiyası keçirir - FOTOLAR
(®) Coca-Cola Azərbaycan “Nargis” Fondunun təşəbbüsü ilə keçirilən müqəddəs Ramazan ayına həsr edilmiş xeyriyyə aksiyasına dəstək olur.
Təşəbbüs çərçivəsində aprel ayının 10-dan 14-dək Balaxanı qəsəbəsində beş böyük çadır qurulub. Beş gün ərzində Balaxanı və ətraf kəndlərin sakinləri çadırlara gələrək birlikdə İftar süfrəsi paylaşırlar. Eyni zamanda layihə çərçivəsində aztəminatlı ailələrə də yardım göstərilir.
“Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya üzrə supervayzeri Aytən Məmmədova təşəbbüsə qoşulmaqdan məmnunluq ifadə edib:
“Coca-Cola fəaliyyət göstərdiyi ölkələrdə yerli əhalinin adət-ənənələrinə hər zaman önəm verir. Milyonlarla insanının qeyd etdiyi, Azərbaycanda da xüsusi olaraq qeyd edilən Ramazan ayı müddətində cəmiyyətlə birlikdə olmaq məqsədilə bu təşəbbüsə qoşulduq. Hər kəsi Ramazan bayramı münasibətilə təbrik edirik”.
“Nargis” Fondunun bu təşəbbüsünə Coca-Cola ilə yanaşı bir sıra digər şirkətlər də qoşulub.
Qeyd edək ki, Coca-Cola Azərbaycan ölkədə sosial layihələrə dəstək olur, hər il müxtəlif təşəbbüslərə qoşulur. Coca-Cola Azərbaycan “Nargis” Fondunun 2019-cu ildən etibarən başlatdığı İftar çadırları təşəbbüsünün də əsas tərəfdaşlarındandır.
Coca-Cola Azərbaycan haqqında daha ətraflı məlumat www.coca-cola.az saytındadır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz





















