Yapona məxsus şirkət Azərbaycanda ferma təsərrüfatları yaradacaq
Yapon kapitallı və səhmdarı Taro Sawada olan “Tet International Development” MMC ölkəmizdə 1200 hektara yaxın sahədə tütün əkini aparır.
Bunu “Tet International Development” şirkətinin direktoru Namiq Əsgərov deyib.
Gələcək layihə və perspektivlərdən də danışan N.Əsgərov deyib ki, “Tet International Development” Azərbaycanda heyvandarlıq sahəsinə də sərmayə qoyacaq və bunun üçün ferma təsərrüfatları yaradılacaq. Bu istiqamətdə hazırlıq işləri görülür.
Bundan əvvəl “Tet International Development” şirkətinin rəhbəri Taro Savada gələcək planlardan danışarkən bildirmişdi ki, tütünçülüklə yanaşı, digər sahələrə də sərmayə qoyulmasına başlanılıb. Tezliklə Zaqatalada fındıq qabığından kömür istehsal edən emal müəssisəsi fəaliyyətə başlayacaq. Bundan əlavə, meyvə-tərəvəz məhsullarının qablaşdırılaraq Yaponiyaya ixrac edilməsi də planlaşdırılır.
Taro Savada Azərbaycanda tütünçülük sektoruna sərmayə yatırır. Hazırda şirkətinin Azərbaycanda 4 tütün emalı müəssisəsi fəaliyyət göstərir. Şirkət Azərbaycan tütününü ixrac edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 2 gün sonra
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı

























