“MKT İstehsalat Kommersiya” və “Azərşəkər” arasında memorandum imzalanıb
Toxum səpinindən məhsul yığımına qədər olan bütün mərhələlər "Azərşəkər" şirkətinin tərkibində olan "Agrolab" kənd təsərrüfatı laboratoriyasının nəzarəti altında müasir əkinçilik yanaşmaları ilə həyata keçiriləcək.(®️)“MKT İstehsalat Kommersiya” MMC ilə “Azərşəkər” MMC arasında pambıq əkinlərində müasir yanaşmaların tətbiqi, əkin sahələrində keyfiyyət və məhsuldarlığın artırılması istiqamətində memorandum imzalanıb.
İlkin olaraq, “MKT İK” MMC-nin fəaliyyət gösdərdiyi 15 rayonda 267 fermeri əhatə edəcək yeni layihədə toxum səpinindən məhsul yığımına qədər olan bütün mərhələlər "Azərşəkər" şirkətinin tərkibində olan "Agrolab" kənd təsərrüfatı laboratoriyasının nəzarəti altında müasir əkinçilik yanaşmaları ilə həyata keçiriləcək.
Əməkdaşlığa əsasən, Agrolab tərəfindən fermerlər üçün təlimlər təşkil ediləcək, pambıq bitkisinin becərilmə prosesində kompleks laborator analizlər icra edilərək düzgün aqrotexniki qulluğun yerinə yetirilməsi üçün tövsiyələr veriləcək.
Əlavə olaraq qeyd edək ki, “MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
“Agrolab” kənd təsərrüfatı laboratoriyası MDB məkanında tanınmış "Agro Analiz"kənd təsərrüfatı laboratoriyaları şəbəkəsinin dəstəyi və müşayiəti ilə “Azərşəkər” şirkətinin tərkibində 2019-ci ildə Yevlax rayonunda yaradılıb. “Agrolab” kənd təsərrüfatı laboratoriyası müasir əkinçilik təsərrüfatlarının yaradılması, düzgün və yeni yanaşmalarla inkişaf etdirilməsi üçün xidmətinizdədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























