Ziraat Bank Azərbaycan ilə arzusunda olduğunuz avtomobilə sahib olun!
(®️)Daim müştəri məmnuniyyətini önə çəkən Ziraat Bank Azərbaycan indi də avtomobil sahibi olmaq istəyən müştərilərini sevindirib.
Belə ki, Bank avtomobil krediti məhsulunun şərtlərini yeniləyərək müştəriləri üçün daha da səfrəli edib.
Hazırda istər yeni, istərsə də ikinci əl avtomobil almaq istəyən şəxslər 24 ayadək ödəmə müddəti və sərfəli faiz dərəcələri ilə Avtomobil Krediti məhsulundan faydalana bilərlər. Kreditin maksimal məbləği avtomobilin istehsal tarixindən asılı olaraq nəqliyyat vasitəsinin dəyərinin 50-60% qədərini təşkil edir.
Qeyd edək ki, Ziraat Bank Azərbaycan buraxılan CO2 tullantılarının nisbətinə görə təbiət dostu və gələcəyin nəqliyyat vasitələri hesab edilən Elektrik və Hibrid mühərrikli avtomobillərə əlçatanlığın asanlaşdırılması məqsədi ilə yaratdığı Yaşıl Avto Kredit məhsulunu daha öncə təqdim etmişdir. Elektrik mühərrikli avtomobilləri 48 ayadək, Hibrid mühərrikli avtomobilləri isə 36 ayadək ödəmə müddəti və sərfəli faiz dərəcələri ilə əldə etmək istəyən şəxslər Ziraat Bank Azərbaycana müraciət edərək arzularını reallaşdıra bilərlər. Qeyd edək ki, borcalan tərəfindən ödənilən ilkin ödənişin məbləği avtomobilin istehsal tarixi və kreditin müddətindən asılıdır. Bu məbləğ elektrik mühərrikli avtomobillər üçün avtomobilin dəyərinin 10%-30%-i, hibrid mühərrikli avtomobillər üçün isə avtomobil dəyərinin 20%-40% -i təşkil edir.
Avtomobil almaq istəyən şəxslər Ziraat Bank Azərbaycanın istənilən filialına lazımi sənədlərlə yaxınlaşaraq Avto Kredit və Yaşıl Avto Kredit məhsulları üçün müraciət edərək əlçatan şərtlərdən faydalana bilərlər.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























