80, 160 və ya 320 dollarlıq yol vergiləri tamamilə ləğv edilib
Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyi artacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vergi Məcəlləsi, Gömrük Məcəlləsi və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda həyata keçirdiyi dəyişikliklər ölkəmizin tranzit potensialının, logistika imkanlarının, Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması ilə yanaşı, beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunması baxımından da xüsusi əhəmiyyətə malikdir.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda bildirilir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklə xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədindən buraxılış məntəqələrində verilməsinin ləğvi milli avtomobil daşıyıcılarının inkişafı, onların ölkəmizin nəqliyyat-logistika imkanlarından faydalanmaları, beynəlxalq bazardan pay əldə etmələrində mühüm rol oynayacaq. Qanunla müəyyən edilmiş normalar sərnişin avtobuslarına da şamil edilir ki, bu da ölkəmizin turizm potensialının artırılmasına şərait yaradacaq.
Vergi Məcəlləsində həyata keçirilən dəyişiklik isə xarici avtomobillərlə Azərbaycan üzərindən daşınan yüklərin miqdarı və təhlükəlilik dərəcəsinə görə tətbiq edilən vergilərin azaldılmasını və ya tamamilə ləğvini nəzərdə tutur.
Belə ki, ölkə ərazisinə daxil olan nəqliyyat vasitələrindəki yükün təhlükəlilik dərəcəsinə görə ödənilən 80, 160 və ya 320 ABŞ dolları məbləğindəki yol vergisi tamamilə ləğv edilib.
Eyni zamanda əvvəllər xarici dövlətlərdə qeydiyyatda olan ağır çəkili avtonəqliyyat vasitələri yüklə birlikdə çəkisi 38 tondan yuxarı olduğu halda yol vergisinə cəlb olunurdusa, indi bu rəqəm 41-ə çıxarılıb. Aparılan təhlillər də göstərir ki, yüklə birlikdə nəqliyyat vasitələrinin çəkisi əksər hallarda 38-41 ton arasında dəyişir.
Qanunvericilikdə edilən dəyişikliklər Azərbaycan üzərindən keçən yükdaşımaların həcminin, xüsusilə Şərq-Qərb Orta Dəhlizinin vaxt və vəsaitə qənaət baxımından cəlbediciliyinin artmasına şərait yaradacaq.
Həmçinin dövlət sərhədindən buraxılış məntəqələrində qeydiyyat proseslərinə sərf edilən vaxt azalacaq ki, bu da daha səmərəli gömrük nəzarətinin aparılmasına imkan verəcək, sərhədkeçmə proseslərini sürətləndirəcək.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
5 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 5 saat əvvəl
-
6 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
-
6 saat əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
7 saat əvvəl
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
7 saat əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
8 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Ən çox oxunanlar

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib
