11 çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - SİYAHI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) çörək istehsalı müəssisələrində keçirilən monitorinqlərin nəticəsini açıqlayıb. Monitoqinqin nəticəsinə görə 11 çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb.
AQTA-dan verilən məlumata görə, cari dövr ərzində 103-ü yerli və 5-i idxal edilən məhsul olmaqla, ümumilikdə 108 nümunə götürülüb.
Bunlardan 86-sı buğda, 22-si çovdar unundan hazırlanmış çörəklər olub. Nümunələrin sınaq nəticəsinə əsasən, 97 məhsul qida sahəsində normativ sənədlərin tələblərinə cavab verib. 11 müxtəlif istehsalçıya məxsus eyni sayda çörəklərdə isə uyğunsuzluqlar (kif və maya göbələkləri) aşkarlanıb.
Aşkar olunmuş uyğunsuzluqlarla bağlı 11 müəssisədə keçirilmiş plandankənar yoxlamalar zamanı 2 müəssisədə yoxlamanın nəticəsi qənaətbəxş olub. 9 müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı 47 nöqsan aşkar edilib. Həmin nöqsanlarla bağlı inzibati protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün vaxt verilib. Sözügedən müəssisələrdən 3-də ciddi pozuntular aşkar edildiyinə görə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
AQTA qeyd edir ki, laborator nəticələri uyğunsuz olan çörək məhsullarının istifadəyə yararlılığı qida təhlükəsizliyi baxımından məqsədəuyğun hesab edilmir.
Laborator nəticələri uyğunsuz olan çörək istehsalçıları barədə məlumatlar aşağıdakı kimidir:
№MüəssisəÜnvan
1"Magnat Group" MMC - Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, İ.Dadaşov küçəsi, ev 68a
2Fiziki şəxs Yusubova Təhminə Yusub qızı - Abşeron rayonu, Məhəmmədi kəndi
3Fiziki şəxs Süleymanlı Süleyman Dadaş oğlu - Cəlilabad şəhəri, S.Vurğun küçəsi 30
4Fiziki şəxs Hacıyev Fazil Bəhlul oğlu - Cəlilabad şəhəri, S.Vurğun küçəsi 7
5Fiziki şəxs Rəcəbov Qurban Malik oğlu - Lənkəran şəhəri, H. Abdullayeva küçəsi 27
6Fiziki şəxs İbrahimova Qəribə Rüstəm qızı - Gəncə şəhəri, N.Nərimanov küçəsi 54
7“Arizoğlu” MMC - Gəncə şəhəri, 1-ci mkr
8“Beyləqan Taxıl” ASC-nin çörək bişirmə müəssisəsi - Füzuli rayonu, Horadiz şəhəri
9"Bərdə-Çörək" ASC- Bərdə rayonu, S.Vurğun küçəsi 18
10Fiziki şəxs Məmmədova Arzu Nəsir qızı - Bərdə rayonu, M.Ə.Sabir və H.Aslanov küçələrinin kəsişməsi
11Əhmədov Elnur Namizəd oğlu - Yevlax şəhəri, H.Əliyev prospekti 101
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)






