"Xalq Sığorta" maliyyə vəziyyətini açıqlayıb
"Xalq Sığorta" ASC sığorta ehtiyatına 13 milyon 219 min manat ayırdığı üçün 2022-ci ili 12 milyon 226 min manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 5 milyon 29 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja xəbər verir ki, 2022-ci ildə "Xalq Sığorta" şirkətinin cəmi əməliyyat gəlirləri 31 milyon 772 min manat, cəmi əməliyyat xərcləri 43 milyon 998 min manat, əməliyyat zərəri 12 milyon 225 min manat təşkil edib. 2021-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 37 milyon 437 min manat, cəmi əməliyyat xərcləri 32 milyon 977 min manat, əməliyyat mənfəəti 4 milyon 460 min manat təşkil etmişdi.
"Xalq Sığorta"nın hesabladığı sığorta haqları 2021-ci ildə 35 milyon 633 min manat ikən, 2022-ci ildə 42 milyon 260 min manata yüksəlib (18,6% və ya 6 milyon 627 min manat artıb). Şirkətin sığorta ödənişləri isə 21 milyon 821 min manatdan 26 milyon 242 min manata qalxıb (20,3% və ya 4 milyon 421 min manat artıb).
Ötən il "Xalq Sığorta"nın investisiya gəlirləri 1 milyon 945 min manat təşkil edib (2021-ci ildə 2 milyon 280 min manat).
2005-ci ildən başlayaraq "Xalq Sığorta" ASC universal sığorta şirkəti kimi fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 58 milyon 750 min 500 manat təşkil edir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
- 15 d. əvvəl
- 24 d. əvvəl
-
35 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 39 d. əvvəl
-
51 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb










.jpg)


.jpg)








