Azərbaycandan Paşinyana cavab
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin 30 mart 2023-cü il tarixində Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin iclası zamanı səsləndirdiyi fikirlərlə bağlı medianın sualına cavabı
Sual: 30 mart tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı, eləcə də 29 mart tarixində onlayn formatda keçirilmiş Demokratiya Sammiti zamanı Azərbaycana qarşı növbəti dəfə iftira dolu fikirlər səsləndirib. Bu fikirləri necə şərh edərdiz?
Cavab: Ermənistan baş naziri Nikol Paşinyanın bölgədəki vəziyyətə dair növbəti dəfə manipulyasiya cəhdləri qəbuledilməzdir. Ermənistanın ölkəsinə demokratiya donu geyindirərək, təcavüzkar fəaliyyətini davam etdirməsi heç kəsə sirr deyil.
Baş nazirin Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı müvəqqəti qərarını növbəti dəfə yanlış təfsir etməsi və Azərbaycanın guya Laçın yolunu bağladığı barədə iddialar səsləndirməsinin heç bir əsası yoxdur.
Bununla yanaşı, Azərbaycanın suveren əraziləri olan Laçın yolunun şimalında Ermənistanın torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadəsinin, Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşmək və potensial təxribatların törədilməsi niyyətinin qarşısını almaq məqsədilə Azərbaycan ordusunun bölmələri tərəfindən heç bir güc tətbiq olunmadan müvafiq nəzarət tədbirləri görülməsinin Ermənistan Baş naziri tərəfindən işğal kimi qiymətləndirilməsi qəbuledilməzdir.
Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını intensivləşdirən Ermənistanın qanunsuz fəalityyətlərinin qarşısının alınması Azərbaycanın suveren hüququdur və Azərbaycan bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilməsində qərarlıdır.
Bununla yanaşı, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyin, əsas və yardımçı yolların, eləcə də sərhədboyu geniş sahələrin nəzarətə götürülməsi barədə məlumatların Ermənistan tərəfindən gərginliklə qarşılanması və Baş nazirin bu məlumatı çıxışı zamanı şərh etməsi anlaşılan deyil.
Ermənistan Baş nazirinin həmçinin Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğunu danması onun birbaşa tabeliyində olan Ermənistanın digər rəsmi şəxslərinin və Müdafiə Nazirliyinin silahlı qüvvələrin hələ də çıxarılmadığı barədə bəyanatları ilə uzlaşmadığı yaxşı məlumdur.
Ermənistan tərəfinin bütün faktlara baxmayaraq, 30 il müddətində qüvvələrinin Azərbaycanı işğal etmədiyini də iddia etdiyini yaxşı xatırlayırıq. Ermənistastanın bütün bu iddialarının heç bir əsasının olmadığı dəfələrlə sübut edilib və BMT Təhlükəsizlik Şurasının qətnamələri də Ermənistan qüvvələrinin qeyd şərtsiz və dərhal çıxarılmasını tələb edib. Ermənistan tərəfi Üçtərəfli bəyanata uyğun olaraq qüvvələrini tam olaraq Azərbaycan ərazisindən çıxarmalıdır.
Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Beynəlxalq təşkilatları Azərbaycana dəvət etmək və ölkəmizin daxili işlərinə qarışmaq əvəzinə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
Ermənistanın son həftələrdə Azərbaycana qarşı təcavüzkar ritorikanı artırması, 5 və 20 mart tarixlərində silahlı qüvvələrimizə qarşı təxribatlara yol verməsi və bölgəyə əlavə qüvvələr yığması bir faktdır. Həm 30 illik işğal dövründə, həm də 2020-ci ildən sonra Ermənistanın hər təxribata hazırlaşmazdan əvvəl bütün məsuliyyəti Azərbaycan üzərinə atması və təxribatlara yol verməsi hər kəsə məlumdur.
Baş nazirin Azərbaycanın etnik təmizləmə və “soyqırım” aktı törətmək niyyətində olması barədə növbəti dəfə səsləndirdiyi absurd fikirlərə gəldikdə qeyd edək ki, Azərbaycan tarix boyu Ermənistanın azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınların qarşılığında heç zaman mülki əhalini hədəf almayıb. Ermənistanın terror və kütləvi qırğın siyasəti və əməlləri bütün sənədlərlə tarixin yaddaşına həkk olunub və bunu danmaq Ermənistanın bu əməllərdən imtina etmədiyini sübut edir.
Ermənistan tərəfinin bu təhrikçi və təxribatçı bəyanatları bölgədə sülhün bərqərar olunması istiqamətində beynəlxalq səylərin canlanması şəraitində Ermənistanın sülh prosesini məqsədyönlü şəkildə pozmaq niyyətindən xəbər verir və bu kimi addımların qarşısı qətiyyətlə alınmalıdır.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
8 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
8 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
13 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























