"İnvest-AZ" maliyyə vəziyyətini açıqladı
"İnvest-AZ İnvestisiya Şirkəti" QSC 2022-ci ili 1 milyon 589 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 1 milyon 242 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə "İnvest-AZ"ın xalis mənfəəti 347 min manat və ya 27,9% artıb.
Marja xəbər verir ki, "İnvest-AZ İnvestisiya Şirkəti"nin əsas əməliyyat gəlirləri 2021-ci ildə 4 milyon 87 min manat ikən, 2022-ci ildə 4 milyon 960 min manata yüksəlib. Ötən il gəlirlərin 4 milyon 672 min manatı və ya 94%-i marja ticarəti üzrə olub.
Həmçinin, 2022-ci ildə "İnvest-AZ İnvestisiya Şirkəti" 1 milyon 169 min manat digər gəlirlər əldə edib.
Ötən il "İnvest-AZ"ın nizamnamə kapitalı 584 min 250 manat artırılaraq 2 milyon 838 min 840 manata çatdırılıb.
"İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin maliyyə hesabatlarını "Baltic Caspian Audit" (Crowe Azərbaycan) müstəqil yoxlamadan keçirərək ona mübət rəy verib.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























