Azərbaycana daxil olan valyuta çıxanı kəskin üstələyib - 23,5 MİLYARD DOLLARLIQ PROFİSİT
2022-ci ildə Azərbaycanın tədiyə balansının ümumi qalığı 9 milyard 375,1 milyon ABŞ dolları təşkil edib. Bu, 2021-ci illə müqayisədə 3 dəfə çoxdur.2022-ci ildə Azərbaycanın tədiyyə balansınının ehtiyat aktivləri 9.4 milyard dollar artıb.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Tədiyyə Balansı hesabatında bildirilir.
Qeyd edilib ki, 2022-ci il üzrə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft-qaz ixracının əhəmiyyətli artımından təsirlənmişdir.
Cari əməliyyatlar balansında 23.5 milyard dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 12.5 milyard dollar kəsir yaranmış, ehtiyat aktivləri 9.4 milyard dollar artmışdır.
Bu dövrdə xam neftin orta qiyməti 104 dollar/barel olmuş, qeyri-neft-qaz ixracı isə 15.4% artaraq 2.9 milyard dollar səviyyəsində formalaşmışdır.
2022-ci il üzrə cari əməliyyatlar hesabının profisiti 23.5 milyard dollar və ya ÜDM-in 29.8%- ni təşkil etmişdir (2021-ci il üzrə 8.3 milyard dollar profisit olmuşdur). Neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti ötən ilə nəzərən 2 dəfə artaraq 28.7 milyard dollar, qeyri-neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının kəsiri isə 9.4% azalaraq 5.2 milyard dollar məbləğində olmuşdur.
2022-ci il üzrə xarici ticarət dövriyyəsi 54.4 milyard dollar təşkil etmiş, neft-qaz sektoru üzrə 35.4 milyard dollar həcmində profisit, qeyri-neft-qaz sektoru üzrə 8 milyard dollar həcmində kəsiri bağlamışdır. Nəticədə hesabat dövründə xarici ticarət balansında 27.4 milyard dollar həcmində profisit yaranmışdır.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın cari əməliyyatlar balansında 8.3 milyard dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 5.1 milyard dollar kəsir yaranmış, ehtiyat aktivləri 3.1 milyard dolla artmışdı. Bu dövrdə xam neftin orta qiyməti 67 dollar/barel olmuş, qeyri-neft ixracı isə 44% artaraq 2.6 milyard dollar səviyyəsində formalaşmışdı.
Cari əməliyyatlar balansına ölkənin i) xarici ticarət balansı, ii) xidmətlər balansı, iii) ilkin gəlirlər balansı, iv) təkrar gəlirlər balansı daxildir. Xarici ticarət balansı malların ixrac və idxal əməliyyatlarının saldosudur.
Ehtiyat aktivləri - Cari əməliyyatlar balansında və kapital və maliyyənin hərəkəti hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin strateji valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar balansı profisitli olduqda, bu profisit kapital və maliyyənin hərəkəti hesabının kəsirini maliyyələşdirir. Əgər cari əməliyyatlar balansının profisiti kapital və maliyyənin hərəkəti hesabının kəsirini üstələyirsə, bu halda yaranmış fərq ehtiyat aktivlərini artıra bilər.
Tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Ölkədən çıxan valyutanın ölkəyə daxil olan valyutanı üstələməsinin nəticəsində kəsir, əks halda isə profisit yaranır.
Dövlətlər kəsiri azaltmaq üçün devalvasiyaya gedirlər. Necə edilir? Dövlətlər devalvasiya edərək pul vahidlərinin dəyərini aşağı salırlar. Nəticədə xaricdən alınan məhsullar, yəni idxal bahalaşdığına görə azalır və daxildəki məhsullar ucuzlaşdığı üçün ixrac artır. Bu sayədə idxal və ixrac balansının tarazlaşdırılması məqsədi güdülür. Amma hər zaman devalvasiya uğurlu olmur və müsbət nəticə vermir. Əgər ixrac ediləcək məhsullar ölkədə yetərli miqdarda istehsal edilmirsə devalvasiya işə yaramır və idxal yenidən artır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)














.jpg)