“Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda mühazirələrə start verilib
(®) “Heydər Əliyev İli” çərçivəsində 2023-cü il martın 28-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda mühazirələrin təşkilinə start verilib.
Tədbirin açılış mərasimi və tələbələr üçün ilk mühazirə Bakı Ali Neft Məktəbində (BANM) təşkil olunub.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının dövlət himni ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
SOCAR-ın mətbuat katibi Orxan Hüseynovun moderatorluğu ilə keçirilən tədbirdə “Heydər Əliyev İli” çərçivəsində təşkil olunacaq mühazirələr haqqında ümumi məlumat verilib, daha sonra “Ulu Öndər və Azərbaycan gəncləri” adlı videoçarx nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən BANM-in rektoru Elmar Qasımov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində əldə olunan mühüm nailiyyətlərin təməlini qoyduğunu vurğulayıb.
Azərbaycanın müasir neft strategiyasının əsasının 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” ilə qoyulduğunu qeyd edən SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov bu sazişin olduqca çətin siyasi və geosiyasi proseslərin baş verdiyi dövrdə Ulu Öndərin müdrik və məqsədyönlü siyasəti nəticəsində imzalandığını bildirib. 1990-cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi ağır böhran vəziyyətindən bəhs edən SOCAR-ın vitse-prezidenti Ümummilli Liderin yeni neft strategiyasının uğurlu icrası nəticəsində yalnız neft sənayemizin deyil, bütövlükdə ölkəmizin hərtərəfli inkişafının təmin olunduğunu qeyd edib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək Heydər Əliyevin ölkəmizin ən yeni tarixində müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyət olduğunu bildirib.
Firudin Qurbanov gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi, istedadlı gənclərin üzə çıxarılması, dünyanın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi istiqamətində Ümummilli Lider tərəfindən görülən işlər barədə ətraflı məlumat verib. O, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildən gənclər siyasəti nəticəsində vətənpərvər ruhda yetişən gənc nəslin 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı möhtəşəm Qələbədə mühüm rol oynadığını vurğulayıb. Nazir müavini dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və milləti qarşısında misilsiz xidmətlərinin xalqımızın tarixi yaddaşında daim yaşayacağını qeyd edib.
İl ərzində keçirilməsi nəzərdə tutulan silsilə mühazirələr ölkəmizin aidiyyəti ali təhsil müəssisələrində təşkil olunacaq. Habelə, bir sıra orta məktəblərin şagirdlərinin SOCAR-ın müxtəlif müəssisələrinə səfərləri baş tutacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
38 d. əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
-
- 43 d. əvvəl
-
46 d. əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 58 d. əvvəl
-
58 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
-
1 saat əvvəl
“PAŞA Holding”dən yeni törəmə şirkət – “PAŞA Maliyyə Holding” təsis edilib
-
1 saat əvvəl
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Ən çox oxunanlar
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Azərbaycan neftinin son qiyməti
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı

















