“Shokki Mokki” markasının dəstəyilə azyaşlılar üçün Novruz şənliyi təşkil edildi -FOTOLAR
“Məktəbim” layihəsinin şagirdləri üçün Novruz şənliyi təşkil edildi.(©) Ölkəmizin ilk milli uşaq brendi olan “Shokki Mokki” markası “Xoşbəxt böyüyən sabahlar” şüarı ilə sosial məsuliyyət layihələri reallaşdırmağa davam edir.
Adıçəkilən marka bir ilə yaxındır ki, UAFA təşkilatı ilə birlikdə “Məktəbim” layihəsi çərçivəsində aztəminatlı, ucqar ərazidə yaşama və əlillik səbəbindən məktəbəqədər təhsilə çıxışı olmayan uşaqları da daxil etməklə alternativ və dayanıqlı təhsil imkanları yaratmaqdadır.
Azərbaycanda 0-3 yaşlı uşaqların 34%-i öz yaşlarına uyğun inkişaf normalarından kəskin dərəcədə geridə qalır, 3-6 yaşlı uşaqların yalnız 36 % məktəbəqədər təhsilə cəlb olunur.
Bu qeyri-bərabərlik xüsusilə kənd yerlərində və ucqar ərazilərdə yaşayan uşaqlar, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar arasında özünü büruzə verir.
“Əl-ələ təhsilin işıqlandırdığı xoşbəxt gələcəyə” şüarı altında “Shokki Mokki” ilə UAFA təşkilatının həyata keçirdiyi "Məktəbim" proqramı Azərbaycanda daha çox məktəbəqədər təhsil xidmətləri təklif etmələri üçün müxtəlif icmalardakı qadınların öz təhsil bizneslərini qurmasına dəstək olur. Bununla, məktəbəqədər təhsil daha çox uşağa əlçatan edilir, həm də qadınların iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına dəstək verilir.
Novruz bayramı münasibətilə “Shokki Mokki” markasının dəstəyi ilə N Xırdalan, Xocəsən və Xətai rayonu ərazisində yerləşən “Məktəbim” təhsil ocaqlarında məkanlarında azyaşlılar üçün maraqlı Novruz şənliyi təşkil edildi. Uşaqların sevincinə səbəb olmuş bayram şənliyində uşaqların əylənməsi üçün geniş imkanlar yaradılıb, onlara hədiyyələr verilib.
Qeyd edək ki, hazırda “Məktəbim” layihəsi çərçivəsin 24 məktəbəqədər təhsil ocağı fəaliyyət göstərir. Siz də mağazalardan “Shokki Mokki” məhsulu almaqla layihəyə dəstək verə bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























