Mikayıl Cabbarov "General Motors" şirkətinin vitse-prezidentilə görüşdü
Avtomobil istehsalı şirkətlərinin nümayəndələri ilə görüş keçirilibÖzbəkistanla avtomobil sənayesi tərəfdaşlıqda prioritet istiqamətlərdəndir. Bu sahədə əməkdaşlığın inkişafı, istehsalın lokallaşdırılması və birgə ixrac məsələləri müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov “General Motors International” şirkətinin vitse-prezidenti Coni Saldana, Özbəkistanın “Uzavtosanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov və “Uno Minda” şirkətinin rəhbəri Nirmal Kumar Minda ilə görüşüb.
Görüşdə Azərbaycan-Özbəkistan qarşılıqlı faydalı iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlər, o cümlədən, avtomobil sənayesi üzrə genişləndirilməsi üçün böyük imkanlar vurğulanıb, avtomobil sənayesinin tərəfdaşlıqda prioritet sahələrdən biri olduğu qeyd edilib.
Tərəflər avtomobil istehsalı sahəsində əməkdaşlığın inkişafı, istehsalın lokallaşdırılması, xarici bazarlara birgə ixrac məsələləri barədə fikir mübadiləsi aparıblar.
XXX
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov "General Motors" şirkətinin vitse-prezidenti Coni Saldana, "UNO MİNDA" şirkətinin rəhbəri Nirmal Kumar Minda və "Uzavtosanoat" SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov ilə görüşüb.
Marja xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter səhifəsində yazıb.
Görüşdə birgə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
"Uzavtosanoat" SC Özbəkistanda yüngül avtomobillərin və kommersiya texnikalarının istehsalçısıdır.
"UNO MINDA" kommersiya və yolsuzluq avtomobilləri üçün qlobal avtomobil komponentləri istehsalçısıdır.
"General Motors" Buick, Cadillac, Chevrolet, GMC markaları ilə avtomobillər istehsal edən ABŞ şirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
44 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
2 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
4 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
Ən çox oxunanlar
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib



























