“Qan ver, Həyat ver!” şüarı altında qanvermə aksiyası keçirilib
(®️)Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkətinin təşkilatçılığı və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib.
Talassemiyalı uşaqlara dəstək məqsədi ilə “Qan ver, Həyat ver!” şüarı altında keçirilən aksiyada “Veysəloğlu Distribusiya” şirkətinin 100-dən artıq əməkdaşı iştirak edib.
Mütəmadi olaraq əməkdaşları ilə qanvermə aksiyalarında iştirak edən “Veysəloğlu Distribusiya” şirkəti fəaliyyətində sosial məsuliyyət layihələrinə xüsusi həssaslıqla yanaşır və bu sahədə aktivlik göstərir.
“Veysəloğlu Distribusiya” şirkəti fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz fəaliyyətini genişləndirərək dünyanın bir çox tanınmış markalarının nümayəndəliklərini alıb və hazırda 3500-dən çox çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Bakıda yerləşən baş ofisi ilə yanaşı, Mingəçevir və Salyanda yerləşən regional ofisləri və 2500-ə yaxın əməkdaşı ilə xidmət göstərir.
“Veysəloğlu Şirkətlər Qrupu” pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Bu yaxınlarda dünyada tanınmış “Deloitte” şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsində “Veysəloğlu Şirkətlər Qrupu” qaliblərdən biri elan edilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























