ABŞ və Avropada bankların səhmləri çökdü
Amerika banklarının səhmləri kəskin ucuzlaşıb.
Marja xəbər verir ki, bir sıra ABŞ banklarının səhmləri ölkədə banklar ətrafındakı vəziyyət fonunda ucuzlaşıb. Silikon Vadisi Bankının (Silicon Valley Bank - SVB) və Nyu-Yorkda yerləşən "Signature Bank"ın müflis olmaları yeni maliyyə böhranı qorxusunu yaradıb. Banklardakı problemlərin dərinləşməsinə FED-in sürətli sərt pil siyasətinin (faiz artırmasının) səbəb olduğu bildirilir.
Saat 18:30-a olan məlumata görə, Western Alliance-ın səhmləri 83,7% ucuzlaşaraq hər səhm üçün 7,04 dollar təşkil edib. First Republic Bank-ın səhmləri 76,76% dəyərdən düşərək 19 dollara, PacWest-in səhmləri 55,55% ucuzlaşaraq 5,49 dollara, Zions-ın səhmləri 35,81% düşərək 26,36 dollara, UMB Financial-ın səhmləri 29,8% ucuzlaşaraq 54,12 dollara geriləyib.
Ümumilikdə ABŞ-ın bank sektoru 7,8% azalıb.
"Avropa ölkələrinin birjaları martın 13-də ticarət zamanı çöküb", - CNBC xəbər verir. Belə kəskin çöküş iki Amerika bankı: Silicon Valley Bank və Signature Bank-ın bağlanmasından sonra baş verib.
Xüsusilə, Stoxx 600 indeksi 440,8 bəndə (mənfi 2,86 faiz), Böyük Britaniya və Avropanın aparıcı indekslərindən biri olan FTSE 100 indeksi 7549,7 bəndə (mənfi 2,5 faiz) və Almaniyanın DAX indeksi 14,988 bəndə (mənfi 2,88 faiz) düşüb.
Avropanın ən böyük banklarının səhmləri də çöküb. Belə ki, Deutsche Bank-ın birjada kotirovkaları 7,84 faiz azalaraq bir səhm üçün 9,83 avroya düşüb. İtaliya birjasında UniCredit-in səhmləri 7,75 faiz ucuzlaşaraq 17,18 avroya düşüb, bankın qiymətli kağızlarının ticarəti dayandırılıb.
İsveçrənin Credit Suisse təşkilatının səhmləri 15 faizdən çox ucuzlaşaraq tarixi minimuma geriləyib. Oxşar dinamika bankı müflis olmaqdan xilas etmək üçün müflis olmuş Amerika Silikon Vadisi Bankının yerli bölməsini (SVB UK) satın alan Britaniya HSBC bankının qiymətli kağızlarında da müşahidə olunur.
ABŞ-da bankların iflası Federal Ehtiyat Sisteminin (ABŞ Mərkəzi Bankı, FED) uçot dərəcəsini artması ilə əlaqələndirilir ki, bu da bir çox maliyyə institutlarının balansındakı aktivlərin pisləşməsinə səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 2 gün sonra
-
2 d. əvvəl
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
-
-
21 d. əvvəl
Azərbaycanda nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib
- 25 d. əvvəl
- 39 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Tramp ağır hücumlardan sonra İranla müharibəni bitirəcəklərini deyib
-
1 saat əvvəl
Yaşıl enerji ilə bağlı 2,2 milyard dollarlıq şirkət yaradılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft, Trampın "İrana həddindən artıq sərt müdaxilə" siqnalı ilə yenidən bahalaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
“Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb
Tramp ağır hücumlardan sonra İranla müharibəni bitirəcəklərini deyib
Yaşıl enerji ilə bağlı 2,2 milyard dollarlıq şirkət yaradılıb
Ən çox oxunanlar
Azərbaycan neftinin qiyməti 130 dollardan yüksək olub
Rəsmi məzənnələr açıqlandı
"Az əvvəl İranda yeni rejimin prezidenti ABŞ-dan atəşkəs istədi. Hörmüz boğazı açılarsa, atəşkəsi qiymətləndirəcəyik"
Bakı və Türkmənbaşı limanları regional daşımaların artırılması üçün əməkdaşlığı genişləndirir










.webp)












