Neftlə bağlı kritik göstəricilər açıqlandı - YENİDƏN ARTDI

ABŞ-da kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə 7,6 milyon barrel azalıb.
"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədə kommersiya xam neft ehtiyatlarının ötən həftə 7,6 milyon barrel (1,5 faiz) azalaraq 495,4 milyon barrelə gerilədiyini açıqlayıb.
Bazar gözləntisi, ehtiyatların 2,8 milyon barrel azalması istiqamətində idi. Bir əvvəlki həftə də xam neft ehtiyatları 6,3 milyon barrel azalma qeyd etmişdi.
Beləliklə, ABŞ-da kommersiya xam neft ehtiyatları son 14 həftənin 11-də geriləmişdir.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları da keçən həftə 3,2 milyon barrel (0,5 faiz) azalaraq 678,9 milyon barrelə enib.
ABŞ-ın həftəlik benzin ehtiyatları da sözügedən həftə 1,6 milyon barel (0,7 faiz) azalaraq 235,7 milyon barelə düşüb. Bazar gözləntisi 1,1 milyon barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 3,7 milyon barrel geriləmişdi.
Xam neft istehsalı 21 həftənin 18-də yüksəlib
Sözügedən dövrdə ABŞ-ın xam neft istehsalı, bir əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 59 min barrel artaraq 9,4 milyon barrelə çatıb. Beləliklə, ABŞ-ın xam neft hasilatı son 21 həftənin 18-ində artım göstərib.
Ölkənin xam neft idxalı sözügedən həftə əvvəlkinə nisbətən gündəlik orta hesabla 132 min barrel azalaraq 7,61 milyon barrelə geriləyərkən, xam neft ixracı isə gündəlik orta hesabla 150 min barel artımla 918 min barelə yüksəlib.
ABŞ-ın xam neft hasilatının yenidən artım qeydə alınmasının ardından qlobal bazarda neftin qiymətlərində qısa müddətli azalma görülüb.
EIA göstəricilərinin açıqlanması ilə, ABŞ-ın Qərbi Texas xam neftinin barrel qiyməti 45,45 dollara, Brent neftinin barrel qiyməti də 47,71 dollara geriləyib.
ABŞ-ın xam neft və benzin ehtiyatlarındakı azalma ilə əlaqədar olaraq ölkədə yay mövsümündə benzin istehlakının artdığına diqqəti çəkən mütəxəssislər, bazalardakı azalmada xam neft idxalının da azalmasının təsirli olduğunu, ABŞ-dakı neftayırma zavodların xaricdən neft idxal etmək əvəzinə daxili bazardan neft satın almağı üstün tutduğunu bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
